Ronaldonun komandası De Xeanı aparır
14.08.2023 - 16:28
Ronaldonun komandası De Xeanı aparır

“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper “Əl-Nəsr”in hədəfindədir.

Kriştiano Ronaldonun formasını geyindiyi klub 32 yaşlı futbolçu ilə danışıqlar aparır. Azad agent statusuna malik qolkiper qərar verməkdə tələsmir.

Qeyd edək ki, de Xea “Real”ın qapıçısı olmağa namizədlər sırasında yer alsa da, baş məşqçi Karlo Ançelotti bu keçidə qarşı çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0