Ronaldonun sevgilisi Səudiyyə Ərəbistanında həbs oluna bilər
09.05.2023 - 16:38
Ronaldonun sevgilisi Səudiyyə Ərəbistanında həbs oluna bilər

Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriqez yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 37 yaşlı hücumçunun xanımı həbs oluna bilər. 

29 yaşlı ispaniyalı model ictimai yerdə alt paltarları ilə fotolar çəkib onları sosial şəbəkədə paylaşaraq ölkənin qanunlarını pozub. Səudiyyə Ərəbistanı vətəndaşları  Rodriqezin bu paylaşımlarını etirazla qarşılaşalar da, o 3,7 milyon bəyənmə alan şəkillərini hesabından silməyib. Bu qanun pozuntusuna görə həbs edilməli olan Rodriqezə hansı cəzanın veriləcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunlarına əsasən evli olmayan cütlüklərin birlikdə yaşaması qanuna zidd olsa da, portuqaliyalı futbolçu və sevgilisi xüsusi icazə ilə ölkədə qala bilirlər.

writer photo
Əlirza Əlirzalı
0