Ronaldonun yerinə Dembele
12.07.2022 - 15:47
Ronaldonun yerinə Dembele

“Lion”un hücumçusu Mussa Dembele “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu komandanı tərk etməsi gözlənilən Kriştiano Ronaldonun yerinə fransız hücumçunu almağa hazırdır.

Daha əvvəl “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq portuqaliyalının satılmayacağını desə də, ulduz futbolçu mövsümöncəsi hazırlığa qoşulmayıb. Rəhbərlik onun gedişi ilə hücumda yaranacaq boşluğu Dembele ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, Mussa Dembele 2018-ci ildən “Lion”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0