“Mançester Yunayted”in keçmiş masajçısı Rod Tornley Kriştiano Ronaldo ilə bağlı sirləri açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, o, portuqaliyalı superulduzun ingilis klubuna ilk gəldiyi vaxtlar ondan bəzi məşhur xanımların nömrəsini tapmağı xahiş etdiyini bildirib.
Ronaldo konkret olaraq, amerikalı müğənni Kimberli Uayatt və avstraliyalı müğənni, həmçinin aktrisa Danni Minouqun telefon nömrələrini tapmasını istəyib. 37 yaşlı futbolçu bunu bacaracağı halda ona “Porshe” markalı avtomobilini yarı qiymətinə satacağına söz verib.
Hər iki məşhurun nömrəsini tapıb Kriştianoya verdiyini deyən Tornley mövsümün sonunda Madrid “Real”ına keçən futbolçunun 60 min funt-sterlinq dəyərində olan avtomobilini ona yarı qiymətə satdığını da qeyd edib.