Rusiya yayda Belarusla yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının nümayəndəsi Andrey Vasileviç məlumat verib.
"Rusiya və Belarus yığmaları arasında oyun iyunda baş tutacaq. Bu saxta deyil, rəsmi məlumatdır. Görüş "Dinamo" stadionunda baş tutacaq. Hələlik konkret tarix yoxdur”, - deyə qurum rəsmisi bildirib.
Daha əvvəl bu barədə Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov da açıqlama vermişdi.
Qeyd edək ki, Rusiya millisi martda 2 oyun keçirəcək. Valeri Karpinin komandası öncə Serbiya ilə qarşılaşacaq, daha sonra isə gücünü Paraqvayla sınayacaq.