Sabiq "Real"lı milliyə rəhbərlik etməkdən imtina etdi
09.02.2024 - 20:22
Sabiq "Real"lı milliyə rəhbərlik etməkdən imtina etdi

Afrika millisinin baş məşqçi postu "Real Madrid"in sabiq hücumçusu Emmanuel Adebayora təklif edilib.

Apasport.az xəbər verir ki, bu barədə "Mail Sport" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 39 yaşlı veteran futbolçu Toqo millisinə rəhbərlik edə bilərdi, lakin o, bu təklifdən imtina edib.

Qeyd edək ki, Adebayorun gələcək karyerası ilə bağlı başqa planları da var.

Xatırladaq ki, Adebayor əvvəllər “Monako”, “Mançester Siti”, “Real Madrid”, “Tottenhem”, “Kristal Pelas” və bir çox digər komandalarda çıxış edib. Toqolu futbolçunun karyerasında son klubu ötən ilin martında ayrıldığı yerli “Semassie” olub.
 

writer photo
Əlirza Əlirzalı
0