Saka “Arsenal”da qalacaq
10.05.2023 - 13:15
Saka “Arsenal”da qalacaq

Bukayo Sakanın “Arsenal”dakı taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 21 yaşlı hücumçu ilə müqaviləni uzadacaq.

Tərəflər bununla bağlı razılıq əldə edib. Yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq. Müqavilənin imzalanması mövsüm başa çatdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, cari mövsümdə 35 matça çıxan Saka 13 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0