Şakira yeni sevgili tapdı – yenə idman dünyası
11.05.2023 - 18:00
Şakira yeni sevgili tapdı – yenə idman dünyası

“Barselona”nın sabiq futbolçusu Pikenin keçmiş sevgilisi Şakira yeni eşq macərasına başlayıb. 

Apasport.az xəbər verir ki, ispaniyalı veteran müdafiəçidən bir qədər öncə qalmaqallı şəkildə ayrılan məşhur kolumbiyalı müğənni özünə növbəti sevgilisini də idman dünyasından tapıb. 

O, artıq Formula-1 pilotu Luis Hamiltonla birlikdədir. Cütlük axşam yeməyi yeyərkən kameralara da yaxalanıb. Yaxtada britaniyalı pilotla birlikdə əylənən 46 yaşlı Şakira jurnalistlərin suallarına cavab verməyib.

Qeyd edək ki, Pikedən ayrıldıqdan sonra ABŞ-nın Mayami şəhərinə köçən Şakira iki oğlu ilə birlikdə bu şəhərdə yaşayır.

writer photo
Əlirza Əlirzalı
0