Salihamidjiç: "Son vaxtlar o gözlədiyimiz kimi oynamır"
11.03.2023 - 00:24
Salihamidjiç: "Son vaxtlar o gözlədiyimiz kimi oynamır"

“Son vaxtlar o, məşq edir və gözlədiyimiz kimi oynamır".

Apasport.az xəbər verir ki, bunu "Bayern"in idman direktoru Hasan Salihamidjiç deyib.

O, "Mançester Siti"dən icarəyə göstürülmüş portuqalıyalı cinah müdafiəçisi Juau Kanselunun niyə "Bayern"də start heyətdə başlamadığını izah etməyə çalışıb. Bununla belə, bosniyalı mütəxəssis malalayıb:

"Juau çox vacib oyunçu olacaq. Onunla yaxşı ünsiyyət qururuq. O, gələcəkdə mühüm rol oynayacaq görkəmli oyunçudur”.

Qeyd edək ki, portuqaliyalı yanvarda "Mançester Siti"dən mövsümün sonuna kimi satın alma bəndi daxil olmaqla icarəyə götürülüb.

writer photo
Əlirza Əlirzalı
0