Sançesə Fransadan müştəri
20.07.2023 - 17:50
Sançesə Fransadan müştəri

“Tottenhem”in futbolçusu Davinson Sançes karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Strasburq” maraqlıdır.

27 yaşlı kolumbiyalının keçidini baş məşqçi Patrik Vieyra istəyir. Sançes Rusiya klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, cənubi amerikalı 2017-ci ildən London təmsilçisinin formasını geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0