Sander Berge Premyer Liqada
19.08.2024 - 22:59
Sander Berge Premyer Liqada

İngiltərə Premyer Liqasında mübarizə aparan "Fulhem" Çempionşipdən futbolçu transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı məşhur "The Athletic" nəşri yayıb.

Klub heyətini "Börnli"nin üzvü Sander Berge ilə gücləndirib.

26 yaşlı futbolçu üçün qarşı tərəfə 23+5 milyon avro çatacaq. 

Qeyd edək ki, Bergenin cari transfer qiyməti 10 milyon avro dəyərində qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0