Sanedən “Bavariya” qərarı
04.08.2023 - 15:57
Sanedən “Bavariya” qərarı

Hücumçu Leroy Sane bu yay "Bavariya"nı tərk etməyəcək.

Apasport.az saytı xəbər verir ki, 27 yaşlı forvard “Barselona”nın maraq dairəsində olsa da, komandasını dəyişmək istəməyib.

Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək oyunçu ən azı bir mövsüm daha Bundesliqada top qovmaqda qərarlıdır. Almaniya millisinin də şərəfini qoruyan forvard İspaniyaya köçmək ehtimalını gələn ilin yayında reallaşdırmaq istəyir.

Qeyd edək ki, Sane ötən mövsüm 32 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0