“Santos”un gözü “Fənərbaxça”da
19.10.2023 - 12:02
“Santos”un gözü “Fənərbaxça”da

"Fənərbaxça"nın futbolçusu Luan Peres Braziliyanın "Santos" klubunun hədəfinə düşüb.

Apasport.az xəbər verir ki, Braziliya təmsilçisi 29 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bu keçidin qış transfer pəncərəsində reallaşması gözlənilir. Onun transferini  "Santos" azarkeşləri istəyir.

Qeyd edək ki, Peresin "Fənərbaxça" ilə müqaviləsi 2025-ci ildə bitəcək.
 

writer photo
Əlirza Əlirzalı
0