"Sassuolo" baş məşqçisini qovdu
26.02.2024 - 09:26
"Sassuolo" baş məşqçisini qovdu

İtaliya A seriyasında daha bir baş məşqçi dəyişikliyi gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Sassuolo” Alessio Dionisini istefaya göndərib.

Bu barədə klubdan rəsmi açıqlama verilib. Sözügedən vəzifəyə müvəqqəti olaraq klubun gənclər komandasına rəhbərlik edən Emiliano Bikiqe təyin olunub.

Qeyd edək ki, 43 yaşlı Dionisi 2021-ci ilin iyulundan “Sassuolo”ya rəhbərlik edirdi. Son 5 matçının 4-də məğlub olub yalnız 1-də heç-heçə oynayan A seriyası klubu hazırda topladığı 20 xalla 17-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0