İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2020 və DÇ-2022-dən sonra futbolçusu Sautqeyt Uolkerin fikrini dəyişməsinə münasibət bildirib.
Apasport. az saytı xəbər verir ki, təcrübəli çalışdırıcı 33 yaşlı müdafiəçinin yığmada oynamağa davam etməsinin komanda üçün vacib olduğunu deyib.
O qeyd edib ki, Uolkerə iki dəfə beynəlxalq arenadan getməməyi istəyib: “Düşünürəm ki, Kayl burada olmağı xoşlayır. Onunla söhbətlərimdə oyununu yüksək qiymətləndirdiyimizi və bizim üçün vacib oyunçu olduğunu izah etdim”.
Qeyd edək ki, İngiltərə millisində 2011-ci ildə Danimarkaya qarşı matçda debüt edən Uolker 77 matçda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.