"Şeffild Yunayted"də Hekinqbottom dövrü sona çatdı
05.12.2023 - 20:33
"Şeffild Yunayted"də Hekinqbottom dövrü sona çatdı

İngiltərə Premyer Liqa təmsilçilərindən "Şeffild Yunayted" baş məşqçisi Pol Hekinqbottomu istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat paylaşıb.

46 yaşlı mütəxəssislə yanaşı, bütün məşqçi heyəti - köməkçiləri Stüart Makkal və Mark Hadson da komanda ilə vidalaşıb.

Qeyd edək ki, bu, Premyer Liqanın 2023/2024 mövsümündə ilk baş məşqçi istefasıdır. 2021-ci ildən "Şeffild Yunayted"in "sükanı arxasında" olan Hekinqbottom 2022/2023 mövsümündə komandanı əsas liqaya yüksəldib. Klub hazırda 5 xalla sonuncu - 20-ci yerdədir.

writer photo
Əlirza Əlirzalı
0