“Seltik”in baş məşqçisi Premyer Liqa klubundan imtina etdi
22.09.2022 - 10:35
“Seltik”in baş məşqçisi Premyer Liqa klubundan imtina etdi

“Seltik”in baş məşqçisi Angelos Postekoğlu “Lester”i çalışdırmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 57 yaşlı mütəxəssislə danışıqlara başlamaq istəyib.

Amma çalışdırıcı “tülkülər”in onun planlarına daxil olmadığını bildirib. Brendan Rocersi istefaya göndərməyi planlaşdıran “Lester”in digər namizədi “Brentford”un baş məşqçisi Frankdır.

Qeyd edək ki, Premyer Liqanın 7 turunda 1 xal toplayan “Lester” sonuncu pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0