Seriya A klubu baş məşqçi ilə yollarını ayırdı
20.06.2024 - 17:20
Seriya A klubu baş məşqçi ilə yollarını ayırdı

Seriya A klubu "Venesiya" baş məşqçisi ilə yollarını ayırıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paolo Vanolinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

"Venesiya" 51 yaşlı mütəxəssisin rəhbərliyi altında 2023/2024 mövsümündə İtaliya B Seriyasından A Seriyasına yüksəlib.

Qeyd edək ki, P.Vanoli daha əvvəl Rusiyanın "Spartak" (Moskva) kollektivini çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0