Serxi Roberto bir ay meydanlardan kənarda
24.10.2022 - 17:04
“Barselona”nın futbolçusu Serxi Robertonun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin La Liqanın XI turunun “Atletik”lə matçda aldığı zədənin dərəcəsi müəyyənləşib
Müayinələr zamanı onun sol çiyninin çıxdığı aşkarlanıb. Bu üzdən Roberto ən azı bir ay oynamayacaq.
Noyabrın 20-dən dekabrın 18-dək dünya çempionatı keçiriləcəyindən Serxi “Barselona”da dekabrın 31-də meydana çıxa biləcək. Həmin gün onun komandaı “Espanyol”la görüşəcək.
Qeyd edək ki, “Barselona” “Atletik”lə qarşılaşmada 4:0 hesabı ilə qalib gəlib.
0
0