Serxio Ramosun gələcəyi bəlli oldu
10.03.2024 - 10:17
Serxio Ramosun gələcəyi bəlli oldu

37 yaşlı ispan müdafiəçi Serxio Ramos gələn mövsüm də "Sevilya"da qalacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Əndəlus klubunun rəhbərliyi futbolçu ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Xatırladaq ki, Ramos ötən ilin payızında 1 illik müqavilə imzalayaraq "Sevilya"ya qayıdıb. İspaniya çempionatının bu mövsümündə Serxio 17 oyun keçirib. Müdafiəçi bu oyunlarda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0