Səudiyyə Ərəbistanından 100 milyonluq təklif
03.08.2023 - 10:54
Səudiyyə Ərəbistanından 100 milyonluq təklif

Daha bir futbolçu Səudiyyə Ərəbistanına transfer oluna bilər.

Apasport.az saytı xəbər verir ki, ərəblər bu dəfə "Brayton"un yarımmüdafiəçisi Moises Kaysedonu gözaltı ediblər.

21 yaşlı ekvadorlu gənc futbolçu yaxın günlərdə Ərəbistan yarımadasının klublarından birinə transfer oluna bilər. İngilislərlə danışıqlara start verən ərəblər qarşı tərəfə 100 milyon avro təklif edib. “Brayton”un bu təklifə nə cavab verdiyi açıqlanmayıb.

Qeyd edək ki, 2022/23 mövsümündə 43 oyuna çıxan Kaysedo 1 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0