“Sevilya” qapıçısını “Bavariya”ya satmadı
26.07.2023 - 17:34
“Sevilya” qapıçısını “Bavariya”ya satmadı

“Sevilya” qapıçısı Yassin Bunu ilə bağlı aldığı ilk təklifi rədd edib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu mərakeşli qolkiperi “Bavariya”ya buraxmayıb.

Almaniya təmsilçisi transfer üçün 8 milyon avro təklif edib. Münhenlilər bonus kimi daha 4 milyon ödəməyə hazır olub. Amma La Liqa klubu Yassini satmağa razılaşmayıb. 

Mərakeşlinin xidmətində PSJ də maraqlıdır. Paris təmsilçisi qapıçı üçün 12 milyon avro da verməyə razıdır.

Qeyd edək ki, afrikalı qolkiper ötən mövsüm La Liqada 25 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0