“Sevilya”nın baş məşqçisi postuna namizədlər müəyyənləşdi
09.10.2023 - 15:02
“Sevilya”nın baş məşqçisi postuna namizədlər müəyyənləşdi

“Sevilya”nın baş məşqçisi postuna namizədlərin siyahısı bəlli olub.

Apasport.az xəbər verir ki, İspaniya klubu Antonio Kontenin xidmətində maraqlıdır.

La Liqa təmsilçisi digər namizədləri də nəzərdən keçirir. Andoni İraola, Xavi Qarsiya, Marselino Toral, Andre Villaş-Boaş da “Sevilya”nın “sükanı arxası”na keçə bilər. Klub rəhbərliyi təyinatı yaxın 24 saatda gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, Luis Mendilibar uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılıb.

writer photo
Əlirza Əlirzalı
0