Simeone “Atletiko”dan gedəcəyi vaxtı açıqladı
10.01.2023 - 14:00
Simeone “Atletiko”dan gedəcəyi vaxtı açıqladı

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az saytı xəbər verir ki, bunu argentinalı mütəxəssisin özü açıqlayıb. 

O, Madrid təmsilçisinin baş direktoru Migel Anxel Gilə də artıq bu haqda məlumat verdiyini deyib. 

Qeyd edək ki, 52 yaşlı Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir.
 

writer photo
Əlirza Əlirzalı
0