“Milan”ın Pioli qərarı
22.10.2022 - 22:54
“Milan” baş məşqçi Stefano Pioli ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 57 yaşlı çalışdırıcının qalmasının tərəfdarıdır.
Bu üzdən italiyalıya yeni müqavilə təklif ediləcək. “Rossonyerlər” hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər olan Piolinin anlaşmasını daha bir il uzatmaq üçün onunla danışıqlar aparacaq.
Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm İtaliya çempionu olub.
0
0