"Qarabağ"ın rəqibinin oyunçusuna adadan elçilər
09.12.2023 - 21:49
İngiltərə Premyer Liqasının iki komandası Jeremi Frimponqu transfer etmək istəyir.
Apasport.az xcəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" Leverkuzen “Bayer”inin müdafiəçisi uğrunda mübarizə aparır.
22 yaşlı niderlandlı müdafiəçinin müqaviləsində yer alan bəndə əsasən 40 milyon avro ödəyən komanda futbolçunu heyətinə qata bilər. İngilislər də məhz bu bənddən yararlanaraq futbolçunun transferini həll etməyə çalışırlar. Hələlik Leverkuzen klubunun hansı addım atacağı bəlli deyil.
Qeyd edək ki, bu mövsüm 19 oyun keçirən Frimponq aktivinə 6 qol və 9 məhsuldar ötürmə yazdırıb
0
0