Bukmeker kontorlarının İngiltərə Premyer Liqasındakı reklamı ilə bağlı yeni qərar qəbul olunub.
Apasport.az saytının məlumatına görə, klublar formaların ön hissəsindəki reklamları yığışdırmağa üstünlük verib.
Premyer Liqa komandalarının geyimlərinin önündə belə reklamlar yer almayacaq. İngiltərəlilər mərc oyunları reklamlarının ümumi həcmini azaltmaq istəyindən belə addım atıb.
Bu yenilik 2025/26 mövsümünün sonundan qüvvəyə minəcək. Belə uzunmüddətli qərar klubların belə addımı yenidən nəzərdən keçirməsinə xidmət edir.
Səsvermədə 20 klubdan 18-i belə addımı dəstəkləyib. Digər iki komanda bitərəf qalıb.
Qeyd edək ki, formaların ön hissəsindən fərqli futbolkaların qolundakı reklamlar qalacaq.