Naqelsman Almaniya millisi ilə müqaviləsini uzadıb
19.04.2024 - 13:42
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman milli ilə müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər qüvvədədir.
Xatırladaq ki, 36 yaşlı mütəxəssis Almaniya millisini ötən ilin sentyabrında qəbul etmişdi. Onun rəhbərliyi altında komanda 6 yoldaşlıq oyunu keçirib və bu görüşlərdə 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 2 dəfə isə məğlubiyyətlə üzləşib.
0
0