Şahruddinin komandası məşhur futbolçu ilə yollarını ayırdı
13.05.2024 - 12:31
Şahruddinin komandası məşhur futbolçu ilə yollarını ayırdı

Millimizin qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” sol cinah oyunçusu Luis Nani ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
Xatırladaq ki, portuqaliyalı futbolçu “Adana Dəmirspor”a ötən ilin yayında gəlmişdi.

Qeyd edək ki, Nani “Adana Dəmirspor” forması ilə oynadığı 34 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0