İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, mundialda iştirak edən 6 qız güləşçimizdən 3-ü vətənə medalla qayıdır.
Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhrə Kərimzadə (69 kq) dünya üçüncüsü olub.
Millimiz medalların sayına görə son 9 ilin ən yaxşı nəticəsinə imza atıb. Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında mundiala yollanan komandamız 55 xalla 6-cı yeri tutub. Bu da U-17 dünya çempionatları tarixində qadın güləşində topladığımız ən yüksək xaldır.