Cerrard “Əl İttifaq”a "yox" deyə bilmədi
03.07.2023 - 20:32
Cerrard  “Əl İttifaq”a "yox" deyə bilmədi

Stiven Cerrard “Əl İttifaq”ın baş məşqçisi təyin olunub.

Apasport.az saytı xəbər verir ki, ingiltərəli mütəxəssislə bir illik müqavilə imzalanıb.

Cerrard Ərəbistan klubunun təklifindən imtina etsə də, sonda “Əl İttifaq” onu razı sala bilib. O, yeni klubunda illik 20 milyon funt maaş alacaq. 2022-ci ilin oktyabrında uğursuz nəticələrdən sonra “Aston Villa”dan istefaya göndərilən Stiven 2019-2021-ci illərdə “Reyncers”də işləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə “Əl İttifaq” 30 oyunda 37 xal topyaraq, 7-ci yeri tutub.
 

writer photo
Əlirza Əlirzalı
0