"Yuventus" klubun prezidentinin və baş direktorunun maaşını azaldacaq
“Yuventus”un prezidenti Cianluka Ferrero və baş direktoru Maurizio Skanavionun maaşları azaldılacaq.
Apasport.az xəbər verir ki, belə addım atılması İtaliya klubundakı maliyyə problemləri ilə bağlıdır.
Bu qərar son aylar davamlılıq və büdcə intizamına əsaslanan yeni qanunun tərkib hissəsi kimi qəbul edilib. Yanvarın 18-dən klubun prezidenti vəzifəsini tutan Cianluka Ferrero hazırda 800 min avro, baş direktor Maurizio Skanavio isə 400 min avro maaş alır.
Qeyd edək ki, yeni qanunda baş direktor üçün bonusların da azaldılması nəzərdə tutulub.