Azərbaycan derbisində qollu sülh
27.02.2023 - 21:56
Azərbaycan derbisində qollu sülh

Misli Premyer Liqasında XXIV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son oyun günündə bir matç baş tutub.

Azərbaycan derbisində “Qarabağ”la “Neftçi” qarşılaşıb. Çempionatın lideri “Azərsun Arena”ya izləyicilərindən daha da uzaqlaşmaq, “ağ-qaraıar” isə ikinci sıradakı “Sabah”a yaxınlaşmaq üçün çıxıb.

Qarşılaşmada hesab ilk yarının sonlarında açılıb. Kilan Lebon Qurban Qurbanovun komandasını məyus edib.

Lakin “Neftçi” üstünlüyünü qoruya bilməyib. Höccət Haqverdinin 83-cü dəqiqədəki avtoqolu hesaba tarazlıq gətirib – 1:1.

Qeyd edək ki, növbəti turun matçları martın 3-5-də keçiriləcək.
 

Misli Premyer Liqası
XXIV tur
27 fevral (bazar ertəsi)
20:00. “Qarabağ” – “Neftçi” - 1:1
Qollar: 
Höccət Haqverdi, 83 (avtoqol) - Kilan Lebon, 33
Baş hakim: Rəşad Əhmədov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 99. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 20. Riçard Almeyda, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Azersun Arena”

1

Qarabağ

24

19

5

0

58-14

62

2

Sabah

24

16

5

3

51-18

53

3

Neftçi

24

15

4

5

42-22

49

4

Zirə

24

10

5

9

27-31

35

5

Qəbələ

24

8

8

8

28-28

32

6

Turan Tovuz

24

7

5

12

19-29

26

7

Kəpəz

24

4

8

12

24-44

20

8

Şamaxı

24

4

7

13

21-38

19

9

Sumqayıt

24

4

6

14

16-40

18

10

Səbail

24

4

5

15

19-41

17

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 16 qol, Ramil Şeydayev ("Qarabağ") - 15 qol, Coy Lens Mikels ("Sabah") - 12 qol

writer photo
Əlirza Əlirzalı
0