Ronaldo Premyer Liqaya qayıdacaq - ŞƏRT
03.01.2023 - 10:25
Ronaldo Premyer Liqaya qayıdacaq - ŞƏRT

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə müqavilə imzalayan Kriştiano Ronaldo növbəti mövsüm yenidən Avropaya qayıda bilər.

Apasport.az saytı xəbər verir ki, bu, superulduzun ərəblərlə müqaviləsində yer alan bəndə əsasən rəsmiləşəcək.

Maddəyə görə əgər İngiltərənin “Nyukasl” klubu növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, Ronaldo icarə əsasında onlara kömək edəcək. Ərəb İnvestisiya Fondu hər iki klubun da sahibi olduğu üçün Kriştiano bu şansı əldə edə bilib. 

Qeyd edək ki, “Nyukasl” Premyer Liqasında keçirdiyi 17 oyunda 34 xal toplayıb. Hazırda turnir cədvəlinin üçüncü pilləsində yer alan “sağsağanlar” bu axşam səfərdə “Arsenal”la oynayacaq.

writer photo
Əlirza Əlirzalı
0