Premyer Liqa klubunda vida planı
15.11.2022 - 23:19
Premyer Liqa klubunda vida planı

“Lids” qışda heyətində təmizləmə aparmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Adam Forşou ilə vidalaşacaq.

Premyer Liqa təmsilçisi yarımmüdafiəçini satmağı planlaşdırır. Adamın müqaviləsi 2023-cü ilin yayında başa çatacağından klub rəhbərliyi onun satışından qazanc götürmək istəyir.

Qeyd edək ki, Forşou cari mövsümdə Premyer Liqada 3 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0