Misli Premyer Liqasında mövsümün son təqvimi açıqlandı
23.05.2023 - 11:53
Misli Premyer Liqasında mövsümün son təqvimi açıqlandı

Misli Premyer Liqasının XXXVI turun oyun cədvəli açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, son turun matçları iki günü əhatə edəcək.

2022/23 mövsümünün mükafatlandırma mərasiminin də vaxtı bəlli olub. Ölkə çempionu “Qarabağ”, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mərasimində alacaqlar.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
XXXVI tur
27 may (şənbə)

17:30. “Sumqayıt” – “Zirə”  
“Kapital Bank Arena”

17:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

20:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena”

28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”

writer photo
Əlirza Əlirzalı
0