"Roma"da De Rossi dövrü rəsmən başa çatdı
18.09.2024 - 11:32
İtaliya A Seriya klublarından “Roma”da gözlənilməz ayrılıq gerçəkləşib.
Apasport.az xəbər verir ki, “canavarlar”da baş məşqçi Daniele De Rossi ilə yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin müqaviləsinə uğursuz nəticələrə görə xitam verilib.
Joze Mourinyo ilə yollarını ayırdıqdan sonra "Roma" klubun əfsanəsi Daniele De Rossini 2024-cü il yanvarın 16-da komandaya rəhbər təyin etdi.
“Roma” A Seriyasında 4 turdan sonra 3 xalla 16-cı sıradadır.
0
0