Millimizin Türkiyə ilə səfər oyununun yeri MÜƏYYƏNLƏŞDİ
20.03.2024 - 20:00
Millimizin Türkiyə ilə səfər oyununun yeri MÜƏYYƏNLƏŞDİ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Apasport.az xəbər verir ki, komandalar qrupun IV turu çərçivəsində iyunun 4-də Erzincanda üz-üzə gələcəklər.

Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:
5 aprel: Macarıstan – Azərbaycan
9 aprel: Azərbaycan – İsveçrə
31 may: Azərbaycan – Türkiyə
4 iyun: Türkiyə – Azərbaycan
12 iyul: Azərbaycan – Macarıstan
16 iyul: İsveçrə – Azərbaycan

writer photo
Əlirza Əlirzalı
0