Skalonidən vida qərarı
30.11.2023 - 14:42
Argentina millisinin baş məşqçisi Lionel Skaloni postunu tərk etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis gələn il keçiriləcək Amerika Kubokundan sonra milli komanda ilə vidalaşacaq.
O, DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisini məğlub etdikdən (1:0) sonra gələcəyini düşünəcəyini demişdi. Beləliklə, 2018-ci ildən Argentina millisinə rəhbərlik edən Skaloni daha bir yarışda yığmanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Argentina millisi onun rəhbərliyi altında DÇ-2022-nin qalibi olub.
0
0