Şkrinyarın TƏLƏBİ
27.09.2022 - 16:50
Slovakiya millisinin və “İnter”in futbolçusu Milan Şkrinyarın klubu ilə müqaviləni uzatmamasının səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, tərəflər maliyyə məsələsində razılıq əldə edə bilmir.
İtaliya təmsilçisi Milana ildə 6 milyon avro ödəmək istəyir. Müdafiəçi isə 7,5 milyon maaş tələb edir. PSJ-yə keçmək variantı olan slovakiyalı daha yüksək qazanc əldə etmək istəyir.
Qeyd edək ki, müqaviləsi yayda başa çatacaq Şkrinyar 2017-ci ildə keçdiyi “İnter”də 224 oyunda 11 qol vurub.
0
0