Spalletti İtaliya yığmasında - RƏSMİLƏŞDİ
19.08.2023 - 00:12
Spalletti İtaliya yığmasında - RƏSMİLƏŞDİ

Luçano Spalletti İtaliya yığmasına təyinatı rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Spalletti bu vəzifədə bir neçə gün əvvəl istefa verən Roberto Mançinini əvəzləyib. Onunla 2026-cı ilədək müqavilə imzalanıb. Luçano illik 3 milyon avro maaş və əldə olunan uğurlara görə, bonus alacaq.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis 2022/23 mövsümündə “Napoli”yə İtaliya çempionu titulu qazandırdıqdan sonra klub prezidenti ilə fikir ayrılığı səbəbindən istefa verib.
 

writer photo
Əlirza Əlirzalı
0