“Srvena Zvezda”dan ardıcıl 6-cı çempionluq
23.04.2023 - 11:29
Serbiya çempionatının qalibi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, “Srvena Zvezda”
ardıcıl altıncı dəfə çempion adını qazanıb.
Deyan Stankoviçin yetirmələri “Baçka-Topola” üzərində qələbə qazanaraq (4:1) vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Belqrad təmsilçisi 31 oyundan 85 xal toplayıb.
0
0