Sterlinqin "Çelsi"dəki gələcəyi sual altındadır
18.08.2024 - 20:43
"Çelsi"nin ulduzu Rahim Sterlinqin klubdakı gələcəyi sual altına düşüb.
Apasport.az xəbər verir ki, buna səbəb bu gün "Mançester Siti"yə qarşı oyunda baş məşqçi Mareskanın Sterlinqi heyətə salmaması olub.
Enzo Mareska isə bunu sadəcə taktiki qərar olduğunu bildirib. Sterlinq mövsüm öncəsi keçirilən 6 yoxlama oyununun hamısında meydanda olub.
Qeyd edək ki, 29 yaşlı futbolçu "zadəganlar"ın heyətində ümumilikdə 81 matça çıxıb, 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0