Suares “İnter Mayami”yə buraxılmadı
27.07.2023 - 11:23
Suares “İnter Mayami”yə buraxılmadı

Luis Suaresin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu “Qremio”da qalacaq.

Forvard 2023-cü ilin sonunadək Braziliya klubunu tərk etməyəcək. Suaresin müqaviləsi 2024-cü ilin dekabrında başa çatacaq.

“İnter Mayami” futbolçunun xidmətində maraqlıdır. Lakin “Qremio” rəhbərliyi mövsümün sonunadək Luisi buraxmamağa qərar verib.

Qeyd edək ki, “İnter Mayami”də Suaresin “Barselona”dakı sabiq komanda yoldaşları Lionel Messi və Serxi Buskets çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0