ABŞ çempionatında çıxış edən "İnter Mayami"nin hücumçusu Luiz Suarez gələcəyi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, 37 yaşlı uruqvaylının "herons"la hazırkı müqaviləsi dekabrın sonunda başa çatacaq, lakin müqavilədə hələ aktivləşdirilməmiş 1 il müddətinə uzadılması variantı mövcuddur.
Təcrübəli futbolçu yeni mövsümdə MLS klubunda qalmaq istəyir: “Agentim yeni müqavilə ilə bağlı klubla danışıqlar aparır. Ümid edirəm ki, mövsümü ən yaxşı şəkildə, yaxşı fiziki formada başa vuracağam. Mən "İnter Mayami"nin tarixinin bir parçası olaruruqaq qalmaq istəyirəm".
Qeyd edək ki, MLS-in cari mövsümündə uruqvaylı 26 matçda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Suarez bu ilin əvvəlindən "İnter Mayami"də çıxış edir.