Super Liqada yeni baş məşqçi
08.03.2024 - 14:08
Super Liqada yeni baş məşqçi

Super Liqa komandası olan"Qaziantep" yeni baş məşqçi ilə anlaşıb.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi Səlcuq İnanla müqavilə imzalandığını açıqlayıb.

"Klubumuz məşqçi cənab Selçuk İnanla 1,5 illik anlaşma əldə edib. Klubumuzun prezidenti Memik Yılmaz və menecerlərimiz Mustafa Kara və Ömer Çakmakın qatıldığı imza mərasimində Selçuk İnan rəsmi müqavilə imzalayıb", - deyə klubdan bildirilib.

Qeyd edək ki, bölgə təmsilçisi yaxın günlərdə baş məşqçisi Marius Sumudika ilə yolları ayırmışdı. 

writer photo
Əlirza Əlirzalı
0