Tiaqo Silva keçmiş klubuna qayıda bilər
22.04.2024 - 15:18
Tiaqo Silva keçmiş klubuna qayıda bilər

Yayda müqaviləsi başa çatacaq "Çelsi"nin mərkəz müdafiəçisi Tiaqo Silvanın karyerasını başqa klubda davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, braziliyalı daha əvvəl oynadığı “Fluminense”yə qayıda bilər. Klub Silvanı azad agent kimi dəvət etmək istəyir və artıq müqavilə üzərində işləyir. Tiaqo özü də əvvəllər gələcəklə bağlı qərarını tezliklə açıqlayacağını bildirmişdi.

Qeyd edək ki, Silva artıq "Çelsi"də dördüncü mövsümünü keçirir. 

writer photo
Əlirza Əlirzalı
0