Tite özünə komanda tapdı
10.10.2023 - 11:26
Tite özünə komanda tapdı

Braziliya millisinin sabiq baş məşqçisi Titenin yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, 62 yaşlı braziliyalı mütəxəssis karyerasını vətənində davam etdirəcək.

O, “Flamenqo”nun baş məşqçisi təyin olunub. Tite yeni klubu ilə 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Tite 2016-cı ilin yayından 2022-ci ilin dekabrına qədər yığmaya rəhbərlik edib. O, DÇ-2022-dən sonra postundan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0