Tomas Tuxelin yeni ünvanı bəlli oldu
22.02.2024 - 14:59
Tomas Tuxelin yeni ünvanı bəlli oldu

"Bavariya”nın baş məşqçisi Tomas Tuxelin Almaniya klubundan ayrıldıqdan sonra harada işləyəcəyi məlum olub.

Apasport.az “Kicker”ə istinadla xəbər verir ki, almaniyalı mütəxəssis “Mançester Yunayted”də işləməyə razı olub.

Tuxel "Bavariya"dan ayrıldıqdan sonra karyerasına fasilə vermək istəsə də, “Mançester Yunayted"in rəsmi təklifi onun fikrini dəyişib.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis daha öncə “Maynts”, “Borussiya”, PSJ və “Çelsi”də işləyib.

writer photo
Əlirza Əlirzalı
0