Tomiyasu zədələndi
06.12.2023 - 15:17
Tomiyasu zədələndi

“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu zədələnib.

Apasport.az xəbər verir ki, asiyalı futbolçu qarşıdakı matçlarda London komandasına kömək edə bilməyəcək.

O, "Vulverhempton"la oyunda (2:1) zədə alıb. "Arsenal"ın baş məşqçisi Mikel Arteta yaponiyalı futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Qeyd edək ki, 25 yaşlı sağ cinah müdafiəçisi cari mövsüm Premyer Liqada 12, Çempionlar Liqasında isə 5 matçda iştirak edib.
 

writer photo
Əlirza Əlirzalı
0